Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Leysandır, polis necə gəlsin? - FOTO

Leysandır, polis necə gəlsin? - FOTO

Date: 17 October 2016 16:37

Bir neçə gündür Bakıda davam edən güclü yağış bu gün səhər saatlarından başlayaraq paytaxtda avtomobillərin hərəkətində problemlər yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hazırda "Nərimanov" metro stansiyasının ətrafında, Əhməd Rəcəbli küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsindəki dairədə avtomobillərin hərəkəti, demək olar ki, dayanıb. Artıq 1 saatdan çox müddətdir ki, tıxac hərəkəti iflic edib.

Hərəkətin intensivliyini artırmaq üçün əraziyə Yol Polisi əməkdaşları cəlb olunmayıblar.

Qeyd edilən ərazi Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin binasının qarşısı olduğunu nəzərə alsaq, təhlükənin həcmini anlamaq asan olar.

Milli.Az





Tags:  Leysandır polis gəlsin FOTO

RƏYLƏR


Top news