Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aşura" 231 nəfərin xəstəliyini üzə çıxartdı

"Aşura" 231 nəfərin xəstəliyini üzə çıxartdı

Date: 17 October 2016 16:48

"Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyalarında qan verən 231 nəfərdə müxtəlif infeksiyalar aşkarlanıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının laboratoriya müdiri Sevinc Məhərrəmova məlumat verib.

Onun sözlərinə görə, 1 nəfərdə İİV, 83 nəfərdə Hepatit B, 73 nəfərdə Hepatit C, 74 nəfərdə isə sifilis aşkar edilib: “Aşura günü" respublika üzrə 4141 nəfər qan verib. İnfeksiya aşkarlanan şəxslərə tədricən məlumatlar veriləcək. Onlar qeydiyyatda olduqları ərazi üzrə dispanserlərdə müalicəyə cəlb ediləcəklər. Siflislə bağlı isə Respublika Dəri-Zöhrəvi Dispanseri tərəfindən xəstələrə məlumat veriləcək”.

Qeyd edək ki, “Aşura günü" 1863,3 litr qan tədarük olunmuşdu.İnfeksiya aşkarlanan qan nümunələri isə tam yararsız olduğundan istifadə edilməyəcək.

Gülxar


Tags:  Aşura 231 nəfərin xəstəliyini üzə çıxartdı

RƏYLƏR


Top news