Azərbaycan Beynəlxalq Bankının 50 min manatlıq səhm paketi satılıb

Azərbaycan Beynəlxalq Bankının 50 min manatlıq səhm paketi satılıb
17:02 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqdlər Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 15 minlik (4 050 manatlıq), 6 minlik (1 620 manatlıq) və 185 minlik (49 950 manatlıq) səhm paketlərinin realizə edilməsini nəzərdə tutur. Təkrar bazarda əldə edilmiş qiymətli kağızları satan və alan tərəflər açıqlanmayıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinin-50-min-manatliq-sehm-paketi-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR