"Unibank Mobile" ən çox istifadəçisi olan mobil əlavədir

"Unibank Mobile" ən çox istifadəçisi olan mobil əlavədir
17:07 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə "Unibank Mobile"dır. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "Unibank Mobile" istifadəçilərinin sayı artıq 23 mini keçib. "Unibank Mobile"ın ödənişlər və köçürmələr xidmətlərindən daha çox istifadə olunub. İstifadəçilər siyahısında "Android" platforması üzrə yükləmələr çoxluq təşkil edir.
Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verən "Unibank Mobile", “Deloitte & Touche” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. "Deloitte" şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspess analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz "Unibank"ın mobil bankçılıq sistemi olduğu qərarına gəlinib.
Funksionallıq baxımından, "Unibank Mobile" Rusiyanın ilk 5-liyində gedən mobil bankçılıq sistemləri ilə eyni səviyyədə qiymətləndirilib. "Deloitte" ekspertləri hesab edirlər ki, "Unibank Mobile"ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil bankçılıq xidmətinə malik “Tinkoff Bank”la oxşardır. Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. "Deloitte"nin araşdırmasında vurğulanır ki, "Unibank Mobile" Azərbaycanın "Mobile Banking" xidmətində imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir.
Qeyd edək ki, ilk mərhələdə müştəri bazasının 25-30%-nin mobil bankçılıq xidmətindən faydalanmasını hədəfləyən "Unibank Mobile", "Unibank" müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95%-indən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/unibank-mobile-en-cox-istifadecisi-olan-mobil-elavedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR