Azərbaycan avtomobil idxalını 6 dəfə azaldıb

Azərbaycan avtomobil idxalını 6 dəfə azaldıb
17:17 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 3 906 ədəd avtomobil idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2015-ci illə müqayisədə 19 009 ədəd yaxud 82,95% (5,9 dəfə) azdır.
Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 672 ədəd yaxud 91,68% (12,02 dəfə) azalaraq 61 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 16 997 ədəd yaxud 83,38% (6,02 dəfə) azalaraq 3 389 ədədə düşüb.
DGK-nın hesabatında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 9 ayına nisbətən 1 205 ədəd yaxud 76,07% (4,2 dəfə) azalaraq 379 ədədə enib.
Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 135 ədəd yaxud 63,68% (2,75 dəfə) azalaraq 77 ədədə bərabər olub.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-avtomobil-idxalini-6-defe-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR