Oktyabrın 16-dan 17-nə keçən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində problemlər yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, hazırda paytaxtın Ziya Bünyadov prospektində avtomobillərin hərəkəti dayanıb. Artıq aidiyyəti qurumlar həmin yolda avtomobillərin hərəkətinin bərpası istiqamətində işlər görür.
M.Ağayev qeyd edib ki, Ziya Bünyadov prospektinin bağlanması ilə bağlı metronun "20 Yanvar" stansiyasından "Koroğlu" stansiyası istiqamətinə gedən avtobusların hərəkət traektoriyasında da dəyişiklik edilib. Agentlik həmin ərazidə tıxacların qarşısını almaq üçün avtobusların alternativ yollardan istifadə etməsi barədə qərar qəbul edib. (trend)