Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: “Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər”

Prezident İlham Əliyev: “Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər”

Date: 17 October 2016 17:22

Bakı. 17 oktyabr. REPORT.AZ/ “25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”. 
“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.
Dövlət başçısı qeyd edib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur: “Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Yaşasın müstəqil Azərbyacan Respublikası!”. 

Tags:  Prezident İlham Əliyev Azərbaycan bütün dünyaya sübut edib müstəqil həyatı uğurla yaşaya bilər

RƏYLƏR


Top news