Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Super güclərin dağıdıcı müharibəsi

Super güclərin dağıdıcı müharibəsi

Tarix: 17 Oktyabr 2016 17:23

“Suriya məsələsində müzakirələrdən əyani addımlara keçmək lazımdır”.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Lakin o, bölgədə məzhəb qarşıdurmasının baş verə biləcəyi təhlükəsinin olduğunu da qeyd edib: “Bölgədə məzhəb qarşıdurmasına səbəb ola biləcək böyük bir müharibənin, yaxud super güclər arasında dağıdıcı müharibənin ola biləcəyi təhlükəsi var. Biz səhv addımlar ataraq, bu müharibənin fitilini yandırmamalıyıq”.

Lozzanna görüşünə toxunan Kerri səmimi müzakirələrin olduğunu bildirib.

“Ruslar və iranlılar da orada idi. Lakin anlaşmanın olacağı çətin görünür”, - deyə o bildirib.

Dövlət katibi Rusiyanın sözləri ilə əməlinin uyğun gəlmədiyini də vurğulayıb: “Rusiya Suriyada problemin həllinin siyasi yollarla olduğunu deyir, lakin əməldə bunu dəstəkləmir”.

Asif


Teqlər:  Super güclərin dağıdıcı müharibəsi



RƏYLƏR


Top xəbərlər