Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Heydər Əliyev müstəqilliyimizin banisidir” - Prezident

“Heydər Əliyev müstəqilliyimizin banisidir” - Prezident

Date: 17 October 2016 17:24

 “25 il əvvəl Azərbaycan Ali Soveti "Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.

  

APA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidentiİlham Əliyev deyib.

  

Dövlət başçısı bildirib ki, bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu: “Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir”.


Tags:  Heydər Əliyev müstəqilliyimizin banisidir Prezident


RƏYLƏR


Top news