"Fransa Senatı oktyabrın 14-də "erməni soyqırımı" haqqında deyil, yalnız bəşəriyyətə qarşı soyqırım və cinayətlər haqqında qanun qəbul edib".
Milli.Az bildirir ki, bunu Trend-ə Fransa senatının Xarici işlər komitəsinin vitse-prezidenti Natali Qule deyib.
Onun sözlərinə görə, bu qanun bütün dünya üzrə soyqırım faktlarına, məsələn Ruandadakı soyqırıma və İraqda yezidilərə qarşı cinayətlərə, eləcə də köləlik problemlərinə aiddir: "Bu qanun Azərbaycanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər rayonlar üzərində suverenliyini bərpa etmək uğrunda qanuni mübarizəsində tam dəstəyini ləğv etmir".
Milli.Az