Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Kriştiano Ronaldo Ümmiyə xala ilə reklama çəkildi - (15 Mart 2017 00:48)
Nobel mükafatı alan qadınlar (08 Mart 2017 10:44)
Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü (06 Mart 2017 20:57)

Tarix: 17 Oktyabr 2016 17:32

Bakı. 17 oktyabr. REPORT.AZ/ Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verikən məlumata görə, festivalda Azərbaycan da təmsil olunub. 
Azərbaycan guşəsində milli mətbəxi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılara Azərbaycan milli mətbəxinə aid dolma, çığırtma, kükü, habelə şəkəbura, paxlava və s. şirniyyatlar paylanıb. Eyni zamanda, Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub.
Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. 








Teqlər:  Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb



RƏYLƏR


Top xəbərlər