Məşhur yazarın gizli eşq macərası: Ərli qadın üçün dizin-dizin sürünən dəli aşiq - FOTOLAR

Məşhur yazarın gizli eşq macərası: Ərli qadın üçün dizin-dizin sürünən dəli aşiq - FOTOLAR
17:33 17 Oktyabr 2016
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Çünki mən ancaq qadın boynumdan dikdabanla keçib, üzümü çirkaba batıranda həzz alıram...”

1843-cü ildə 25 yaşlı İvan Turgenev gündəliyinə başına gələcəklərdən xəbərsiz bu kəlmələri yazır: “Palina ilə görüş” və yanında bir xaç işarəsi çəkir. O, haradan biləydi ki, bu görüş onun həyatını alt-üst edəcək.

Publika.az İvan Turgenev haqqında yazını təqdim edir:

Qadın çox kifir üz cizgilərinə və yöndəmsiz əndama sahib idi. Rəssam İlya Repin onun haqqında belə deyirdi: “Onun gözləri o qədər qabarıqdır ki, insan üzünə belə, baxmaqdan çəkinir”. Buna baxmayaraq o, insanları cəlb edəcək ağla, savada və cazibəyə sahib idi.

Palina Viardo adlı bu qadın İtaliya opera heyəti ilə birlikdə Peterburq səfəri zamanı hər kəsi öz səsi ilə valeh etmişdi.

İlk görüş

Onun iri üz cizgiləri və görkəmsiz bədən quruluşu yalnız səhnəyə çıxdığı ilk dəqiqlərdə diqqət çəkirdi. Elə ki, opera müğənnisi oxumağa başlayırdı, hər kəs onun səsinin əsirinə çevrilirdi.

“Onu gördüyüm andan bütünlüyümlə ona aid oldum, necə ki, it öz sahibinə aid olur. Mən artıq onun yaşamadığı yerdə yaşaya bilmirdim: mənə doğma olan hər şeydən uzaqlaşdım, onun söhbətinə qulaq asmaqdan və yerişinə baxmaqdan doya bilmirdim, onunla nəfəs alırdım”, - deyə Turgenev Viardoya olan hisslərini belə ifadə edirdi.

Palina ilə Turgenevin yaxınlaşmasında onun əri Lui Verdonun təsiri olub. İtaliyada gənc istedadlara Rusiyadakı kimi önəm verilmirdi. Ona görə məşhurlaşmaq istəyən, pul dalınca qaçan gənc zəkalar Rusiyaya axın edirdi. Peterburqda iki mövsüm çıxış zamanı əldə etdikləri qonorar onlara ömür boyu bəs edirdi. İvan Turgenev isə elitar təbəqəyə girmək üçün yaxşı “keçid” sayılırdı. Bunun sahəsində opera müğənnisinin qonorarı arta bilərdi. Turgenev opera divanisinə rus dilini öyrətməyə başladı. Bir az sonra Lui Viardo Parisə qayıtdı.

Polina Vearda

Onun əri Palinadan 20 yaş böyük idi. 1845-ci ildə Palina Parisə qayıdır. Turgenev isə onun arxasınca gedir. Ədəbiyyat mühitində artıq öz sözünü demiş yazarın savadını məhv edəcəyini düşünün yoldaşları onu fikrindən daşındırmağa çalışdılar. Lakin bu, mümkün olmur. Onun bu qərarını anası da dəstəkləmir. İspan kökənli müğənniyə nifrət bəsləyən anası onun Turgenevin yalnız pulu ilə maraqlandığını düşünürdü. Hətta oğlunu varislikdən də çıxardacağı ilə hədələyirdi. Dəli aşiqi bunların heç biri qorxutmadı. Və beləliklə o, Palina və Lui Viardonun Rusiyada səfər zamanı qazandığı qonorardan aldıqları qəsrdə məskunlaşır. Belə olduqda vəziyyət birmənalı qarşılanmır. Rus yazıçının müğənninin məşuqu olduğunu düşünənlər, üçlüyün bir evdə necə yaşayacağına bir məna verə bilmirlər. Lakin Lui çox yaxşı çıxış yolu tapır. O, Turgenevi özünün ən yaxın dostuna çevirir. Onların hər ikisi incəsənətə qiymət verir və ov etməyi sevirdilər. Deyilənə görə, Lui həyat yoldaşına o qədər inanırdı ki, onun heç bir səhv etməyəcəyinə əmin idi.

Ehtiraslı məktublar

Bunun həqiqət olduğu ilə bağlı dəqiq məlumat yoxdur. Palina qastrol səfərləri zamanı ayrı qaldığı “sevgilisi” ilə bir-birinə ehtiraslı məktublar göndərirdilər. “İndisə əllərinizi mənə verin ki, mən onları doyunca öpə bilim. Əsas da sağ əlinizi. Siz onunla yazırsız axı, elə deyilmi? Xoşbəxt olun, ən yaxşı, ən sevimlim”. Turgenevə hisslərini misralara belə tökən Polina cavabında əri oxuya bilməsin deyə alman dilində sevgi dolu məktublar alırdı. “Göndərdiyiniz məktuba və gül ləçəklərinə görə təşəkkürlər. Allah xatirinə sağlam olun, mənim dodaqlarım sizin ayaqlarınızdan bir dəqiqə olsun belə ayrılmayacaq. Heç olmadığı kimi ayaqlarınız altındayam...”

Ayrılıq

Belə bir vəziyyət düz 5 il davam edir. Getdikcə hisslərinin quluna çevrilən Turgenev bununla sevdiyi qadınını sıxdığını hiss edir. Buna görə də o, Rusiyaya qayıtmağı qərara alır. Gedərkən Palinadan asılı olduğunu və bu sevginin onu ölümünə qədər izləyəcəyini anlayır. Onu məhv edən bu sevgidən azad olmaq istəyi yenidən başqa birinə aşiq edir? Yoxsa o, öz özünü aldadır? Budəfəki hədəf Feoktista (bibiqızı) adlı bir qız olur. Onu əldə etmək üçün yazıçı 700 rubl ödəyir. Doğrudan da gözəl olan qız haradasa ispan qızlarına oxşayırdı. Bədbəxt aşiq hələ də köhnə sevgilisinin cizgilərini başqalarında axtarır... Ancaq Viardonun yenidən Peterburqa konsertə gələcəyini eşidən kimi hər şeyi atıb onun yanına qaçır. Qısa görüşdən qayıdan kimi belə bir şey yazır: “Sizə hisslərimin sonunu yalnız mənim ölümüm gətirə bilər...” Lakin bundan sonra yenə reallığa qayıtmağa çalışır.

1853-cü ildə yazıçı Lev Tolstoyun 23 yaşlı qızı Mariya Nikolayevna ilə tanış olur. Mariya bilirdi ki, Turgenevə o, yalnız əvvəlki sevgisini unutmaq üçün lazımdır. Ərdə olan Mariya ciddi münasibət düşünmədiyi üçün buna önəm vermir. Ancaq sonra ona dəlilər kimi aşiq olur və hətta ərindən belə ayrılır. İvan Sergeyeviçin qəfildən alovlanan hissləri gözlənilmədən də solur. Həmin vaxtlar isə Palina Benedik şahzadəsi ilə eşq yaşayırdı. Bunu bilən “aşiq” onun təhqir dolu məktublar yazmağa başlayır. Palina isə ona mülayim cavablar göndərirdi. Sonda yumşalan yazıçı sevgilisinin yanına gedir. Birlikdə romantık bir neçə həftə keçirdikdən sonra Palinanın hamilə olduğu məlum olur. Xülasə, doğulan oğlan uşağının şahzadədən olduğu deyilir. Yazıçı yenə Avropanı tərk edir...

Bitməyən sevgi...

Viardo ilə Turgenev arasında 5 illik susqunluq yaranır. Buna baxmayaraq aralarında qırılmaz bağ olan sevgililər yenidən barışır. Palina yazıçının nikahdan kənar doğulan qız uşağını öz himayəsinə götürür. Sevgisinin sonsuz olacağını anlayan yazıçı 1860-cı ildə Baden-Badendə ev alaraq sevdiyi qadınla qonşu olur. O, dostu Afanasi Fetuya bunları etiraf edib: “O, məni çoxdan hər şeydən uzaqlaşdırıb. Mənə belə də lazımdır. Çünki mən ancaq qadın boynumdan dikdabanla keçib, üzümü çirkaba batıranda həzz alıram”.

Viardo artıq oxumurdu və onlar ancaq yazıçının puluna dolanırdılar. Rusiyadan gələn gəlirdən başqa, İvan Seerqeyeviç böyük qonorarlar alırdı. Lui ona əsərlərini fransız dilinə tərcümə etməkdə və nəşriyyatla bağlı işlərdə köməklik edirdi. Bəzən bu qəribə münasibəti pozub, Rusiyaya qayıtsa da, hər dəfə yenidən geri qayıdırdı. Ölümündən bir az əvvəl dostu Anatoli Koniya bunları etiraf edib: “Qoca vaxtında qayğı gözlədiyin halda, sənə qoca itə yazıqları gəldiyi kimi davranmaqlarının nə demək olduğunu bilmirsən”.

O, Palinanın qollarında vəfat etdi.

Mələk Heydərova












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29