Bakı məktəblərində hələ də istilik problemi var

Bakı məktəblərində hələ də istilik problemi var
17:42 17 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı məktəblərində istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyinə təkliflər göndərilib".

Milli.Az azvision.az -a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. 

Onun sözlərinə görə, Bakıda hələ də istilik sistemi ilə bağlı problemi olan məktəb var: "Ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb. İstilik sistemində problem olan məktəblərin siyahısı tutulub. Qış mövsümünün başlamasına 1 aydan az müddət qalıb. Problemin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə müvafiq təkliflər göndərmişik. Nazirlik də aidiyyatı qurumlara müraciət ünvanlayıb".

M.Vəliyeva Bakıdakı problemli məktəblərinin dəqiq sayını açıqlamasa da, bu məsələnin daim diqqət mərkəzində saxlandığını vurğulayıb: "Bununla bağlı dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər bu gün də var. Lakin problem az sayda məktəbi əhatə edir. Çünki bəzi məktəblərdə problem artıq yay dövründə aradan qaldırılıb". 

İdarə müdiri, həmçinin son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakı məktəblərindəki davamiyyətə təsir edib-etməməsi haqda sualı cavablandırıb. Bildirib ki, qeyri-sabit hava şəraiti məktəblərdə davamiyyətə təsir etməyib. 

"Nəzərə alsaq ki, bu gün intensiv yağışlı hava müşahidə edilib. Bakı ətrafı ərazilərdə olan məktəblərdə şagirdlərin davamiyyətində problemlər olub. Bu da obyektiv səbəblərlə, yəni orada yollarda olan çətinliklərlə bağlıdır. Hesab etmirəm ki, belə hava məktəblərdə davamiyyətin aşağı düşməsinə və tədrisin dayanmasına səbəb ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR