İlham Əliyev: Gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq"

İlham Əliyev: Gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq"
17:43 17 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq, xalqın iradəsi əsasında irəli gedəcəyik".

Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı qeyd edib: "Hesab edirəm ki, 2003-cü il müstəqil tariximiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycan xalqı Azərbaycanın bundan sonra hansı yolu gedəcəyi haqqında öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək. Azərbaycan xalqı həmişə olduğu kimi öz müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi".

İlham Əliyev vurğulayıb ki, 25 il böyük tarixdir: "Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik, bizim gözəlləşən şəhərlər, bizim abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur. Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq, xalqın iradəsi əsasında irəli gedəcəyik.

Müstəqilliyimiz dönməzdir, əbədidir, müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzu edirəm. Yaşasın müstəqil Azərbaycan Respubklikası!" (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR