Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Körpüdən yıxılan azarkeş müalicə xərclərini özü ödəyir, AFFA isə...

Körpüdən yıxılan azarkeş müalicə xərclərini özü ödəyir, AFFA isə...

Date: 17 October 2016 17:47

Yığmamızın Norveçlə oyunundan əvvəl xoşagəlməz hadisə baş vermişdi. Komandamızı dəstəkləməyə gələn azarkeşlərdən biri, Nahid Zahidov Bakı Olimpiya Stadionunun yaxınlığında körpüdən yıxılaraq ağır yaralandı. Azarkeşə yardım etməyi boynuna götürən AFFA isə onun dövlət xəstəxanasından çıxarılıb, daha yaxşı şəraitə malik özəl klinikaya aparılması üçün heç nə etmədi. Əslində, Azərbaycanda dövlət xəstəxanalarına yolu düşən hər kəs oraların necə bərbad vəziyyətdə olduğunu yaxşı bilir. 


Söhbət ondan gedir ki, xəstələrə pulsuz yardım edilməli olduğu halda, dövlət xəstəxanalarında rüşvətxorluq, məsuliyyətsizlik baş alıb gedir. Yəni pulun olmadısa və vəziyyətin ağırdısa, əzrayılla tanış olmaq şansını məhz burda mütləq yaxalayacaqsan. Qısası belə xəstəxanaların adı "dövlət"di, özünün isə dövlətə demək olar aidiyyatı yoxdu. Bu öz yerində. Norveçlə oyuna qurban gedən azarkeşin durumu buna bir nümunədi. Məsələ burasındadı ki, olayın üzərindən artıq bir həftə vaxt keçməsinə baxmayaraq, adam "dövlət xəstəxanasında" hələ də canı ilə əlləşir, qan tapmağa belə çətinlik çəkir. Şikayətləri cavabsız qalan xəstənin yaxınları isə kimə müraciət edəcəklərini bilmirlər. Əlacsız qalıb dərdlərini sosial şəbəkələrdə yazırlar ki, bəlkə yardım edən tapıla. 


AFFA xəstəxananın pulsuz yardım edəcəyini düşünərək həmin azarkeşi ora yerləşdirib. Halbuki bir balaca artıq xərc çəkib, onu daha yaxşı imkanları olan özəl xəstəxanalardan birinə yerləşdirə bilərdi. O boyda qurumun xəsisliyi isə məhz ölkə futbolu uğrunda faciə ilə üzləşən bir insanın həyatına baha başa gələ bilər. Bəs bunun məsuliyyətini kim daşıyacaq? Əslində AFFA heç həmin azarkeşə yardım da etmir. Çəkilən bütün xərclər də elə onun ailəsinin cibindən çıxır. Sosial şəbəkələrdə yayılan məlumata görə, hələlik 4000 manata yaxın qan və əməliyyat xərcini xəstə özü ödəmək məcburiyyətində qalıb. Bununla bağlı məhz onun ailəsi məlumat verib. Hətta deyilənə görə Nahidin qardaşı bildirib ki,"Bütün xərcləri biz çəkirik, heç olmasa AFFA güclü həkim tapsın" dedik, ancaq bunu da etmirlər. Qısası həm BOS, həm də AFFA bu məsələdə yaxasını kənara çəkməkdə davam edir.


Sport7.az hadisə ilə bağlı yaranan bu və ya başqa suallara məhz AFFA-dan cavab almağa çalışıb. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyilənləri təkzib edib, AFFA-nı yardım göstərdiyini bildirib: "Həmin azarkeşlə maraqlanırıq, AFFA-nın həkiminin nəzarəti altındadı. Problem varsa, atası bizə zəng vursun. 


Ora dövlət xəstəxanasıdı. Orda da xəstəyə pulsuz yardım edirlər, rüşvətxorluq ola bilməz. Bu barədə bizdə heç bir fakt yoxdu. Sizdə fakt varsa yazın, bu cinayətdi. Söhbət hansı xərclərdən gedir? Ora dövlət xəstəxanasıdı və dediyim kimi xəstə bizim həkimin nəzarəti altındadı".


Bu söhbətdən sonra Mikayıl bəy yenidən həkimə zəng vuraraq xəstənin vəziyyəti haqda məlumat öyrənəcəyini deyib. Təxminən bir neçə dəqiqədən sonra AFFA-nın bunları söyləyib: "Həkimlə əlaqə saxladım. Xəstə nəzarətdədi. Atası ilə də müntəzəm şəkildə əlaqə saxlanılır. Qan məsələsinə gəlincə, sizə kim deyib ona qan lazımdı?


Xahiş edirəm mənim adımdan belə də yazın. Sual verirəm, sizə kim deyib ki, ona qan lazımdı? Kim deyir ki, qan çatmır? Bununla bağlı ümumiyyətlə, söhbət ola bilməz. Kim uydurbsa, xahiş edirəm, araşdırın. Həmin adam cavab versin. Kim deyir ki, ona qan lazımdı və tapa bilmirlər? Dövlət xəstəxanasına xərc lazım deyil. Hər şey var orda. Bizə boş söhbətlər deyil, reallıq lazımdı?"


Fanat.Az


Tags:  Körpüdən yıxılan azarkeş müalicə xərclərini özü ödəyir AFFA isə


RƏYLƏR


Top news