Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

Date: 17 October 2016 17:47

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi kredit faizlərinin ödənilməsinə 851,825 mln. manat sərf edib. "Report"un analitik qrupunun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu, ölkə əhalisinin cəmi gəlirlərinin 2,6%-nə bərabərdir.
Beləliklə, əhalinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi azalıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 2,4% azalma olduğunu göstərir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,9%-ni və ya 872,9 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Tags:  Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

RƏYLƏR


Top news