Kimya zavodunda partlayış - FOTOLAR

Kimya zavodunda partlayış - FOTOLAR
17:53 17 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Ludvigshafen şəhərində müxtəlif kimyəvi məhsulların istehsal olunduğu BASF fabrikində böyük bir partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində çoxlu sayda işçi yaralanıb.

Bəzi işçilərdən xəbər almaq mümkün olmadığı üçün ölənlərin olması istisna edilmir. Hadisə yerinə çoxlu sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb edilib.

Şəhər bələdiyyəsi ərazidə yaşayan insanlardan evlərinin qapıları və pəncərələrini bağlamağı istəyib.

Ömər Dağlı






Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR