Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

872 əkiz, 51 üçəm doğulub

872 əkiz, 51 üçəm doğulub

Date: 17 October 2016 18:08

İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-sı əkiz, 51-i isə üçəmdir.


Tags:  872 əkiz 51 üçəm doğulub

RƏYLƏR


Top news