Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxə hökm oxunub

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxə hökm oxunub

Date: 17 October 2016 18:12

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib. Hadisəni törədən E.Davudov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Tags:  Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxə hökm oxunub

RƏYLƏR


Top news