Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakcell beynəlxalq zəngləri ucuzlaşdırdı

Bakcell beynəlxalq zəngləri ucuzlaşdırdı

Date: 17 October 2016 18:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verdiyini elan edir.

Yeni kampaniyanın şərtlərinə görə, indi Bakcell abunəçiləri həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan - 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0.16 AZN ödəyəcəklər. Pik saatlarda beynəlxalq zənglərin qiyməti isə 1 dəqiqəsi 0.32 AZN hesabı ilə dəyişməz olaraq qalır.

Bu yeni tarif planını təqdim etməklə, Bakcell bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir.

“Bu yeni təklifi ilə Bakcell öz abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq, daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq”, -deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Bakcell öz abunəçiləri üçün sərfəli tariflər təklif etməkdə davam edəcək.


Tags:  Bakcell beynəlxalq zəngləri ucuzlaşdırdı



RƏYLƏR


Top news