Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
18:17 17 Oktyabr 2016
198 Ölkə
Ölkə mətbuatı
A- A+

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR