Avtomobillərini “qayıq rejiminə” qoyan MƏŞHURLAR

Avtomobillərini “qayıq rejiminə” qoyan MƏŞHURLAR
18:23 17 Oktyabr 2016
290 Şou
Ölkə mətbuatı
A- A+

Dünəndən yağan yağış hələ də dayanmaq bilmir. Elə yağır, elə yağır, tut ucundan çıx göyə. Küçələrdə avtomobillər “qayıq rejimində” işləyir.

Görək məşhurlarımız sudan quru çıxa bilibmi?

Müğənni Vasif Məhərrəmlinin sorağı Qazaxdan gəldi:

“Deyirlər Bakıda sel-su küçələri basıb, mənim heç nədən xəbərim yoxdur. Qazaxdayam, burda da yağış yağır, amma yağışın ləzzəti əziyyətindən çoxdur. Xəngəl bişirtdirəcəm, soyuq havada qurudlu xəngəlin yeri var”.

Əməkdar artist Elza Seyidcahan ağzımızı açmağa imkan vermədi.

“Şaqaqqa-şarak-şaqqaşarak” deyib yağışa həsr etdiyi mahnısını oxudu:

“Qoy nə qədər istəyir yağsın, yağış Allahın möcüzəsidir, səhərdən axşamadək “şaqqaşarak, şaqqaşarak” adlı mahnımı zümzümə etmişəm. Şükür, batmamışam, eşitdim həmkarlarımın çoxu küçədə yağış gölməçəsinə düşüb. Məni Allah qoruyur, onsuz da mən göylərin qızıyam, yerlə işim yoxdur”.

Müğənni Əlikram Bayramov da “suları yara-yara” televiziyaya çəkilişə getdiyini dedi: “Allah-Allahla gəlib çatdım, indi görüm necə qayıdacam. Küçələrdə su xirtdəyədəkdir”.

Müğənni Vüqar Muradov da yağış yağar-yağmaz özünü doğulduğu Qaxa yetirib. Sürhüllüdən ye ki, yeyə bildikcə:

“Sel də gəlsə, qorxum yoxdur, avtomobilim hündürdür, suda batmaz, odda yanmaz. İnd idə küçələrimiz maşallah, dəniz kimi dalğalanır. Maşınımı qayıq rejiminə qoymuşam, lazım olanda sürürəm, lazım olanda üzürəm”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR