Azərbaycan Prezidenti: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır"

Azərbaycan Prezidenti: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır"
18:27 17 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyev: "Enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı çox önəmlidir" (18 Fevral 2017 01:47)

Bakı. 17 oktyabr. REPORT.AZ/ "2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır".
"Report"un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.
Dövlət başçısı bildirib ki, bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı: "Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu, da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır".
Dövlət başçısı vurğulayıb ki, qonşularla münasibətlər ən yüksək səviyyədədir: "Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir. Yenə də deyirəm, əgər 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı. Biz heç vaxt buna imkan verməzdik. Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları. Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib: "Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Yaşasın müstəqil Azərbaycan Respublikası!"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

22 yaşlı gənc 70 yaşlı kişinin gözlərini oydu - DƏHŞƏT

29 İyun 2017 06:33

Avstriyanın ecazkar memarlığı - FOTO

29 İyun 2017 06:32

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

29 İyun 2017 06:07

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 05:59

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 05:52

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 05:43

Mərakeşdə etirazlar zamanı 80 polis yaralandı

29 İyun 2017 05:38

Evdəki mavi və boz - FOTO

29 İyun 2017 05:32

Azərbaycanın turizm şirkətləri Bolqarıstanda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcəklər

29 İyun 2017 05:07

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53

ABŞ-da universitetdə partlayış olub

29 İyun 2017 03:42

Astroloji proqnoz -

29 İyun 2017 03:42

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 03:36

Mətbəx əlüzyuyanları - FOTO

29 İyun 2017 03:32

İtaliya miqrantlara qapılarını bağlayır

29 İyun 2017 03:24

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18

ABŞ xarici təyyarələrə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq etdi

29 İyun 2017 01:09

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 01:08

Konfederasiyalar Kubokunda ilk finalçı bəlli oldu

29 İyun 2017 00:49

Çili finala yüksəldi -

29 İyun 2017 00:47

Xəzərdə qayıq qəzaya uğradı

29 İyun 2017 00:38

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı

29 İyun 2017 00:23

“İpək Yolu” Festivalında Polşa və Macarıstan müşiqiçiləri çıxış edib

29 İyun 2017 00:22

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 00:17

Astroloji proqnoz - 29 iyun

29 İyun 2017 00:13

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

29 İyun 2017 00:05

Günün qoroskopu: bir çox işlərinizdə qabağa gedə biləcəksiniz

29 İyun 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 3,3% bahalaşıb

29 İyun 2017 00:01

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb

28 İyun 2017 23:57

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:57

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTO

28 İyun 2017 23:57

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

28 İyun 2017 23:57

Suyun altında məzun günü keçirildi - VİDEO

28 İyun 2017 23:57