Əhalinin gəlirləri 9 faizə yaxın artdı

Əhalinin gəlirləri 9 faizə yaxın artdı
18:28 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 32762,5 milyon manata çatıb.

Publika.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3403,6 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,6 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 29735,4 milyon manat olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR