İlk qarın "dadını" çıxarırlar

İlk qarın "dadını" çıxarırlar
18:37 17 Oktyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunun yaşayış məntəqələrinə ilk qar yağıb.

APA-nın məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
 
Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 7 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.
 
Bu gün saat 17 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə isə ilk qar yağmağa başlayıb.
 
Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hazırda qar yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR