Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Komanda yoldaşının burnunu qırdı

Komanda yoldaşının burnunu qırdı

Date: 17 October 2016 18:42

"İnternasionale" klubunda çıxış edən Anderson Oliveyra məşq zamanı komanda yoldaşı Villianla dalaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçular arasında mübahisə əlbəyaxaya çevrilib. Nəticədə Anderson yumruq zərbəsi ilə Villianın burnunu qırıb. 21 yaşlı futbolçunun onun cavabını verməsinə komanda yoldaşları çətinliklə də olsa, imkan verməyiblər.

Qeyd edək ki, 2007-ci ildə "Porto"dan "Manchester United"ə 30 milyon avro qarşılığında transfer olunan Anderson 2014-cü ildə "Fiorentina"da 6 aylıq icarə müddəti keçirib və ötən il "İnternasionale" ilə anlaşaraq, Braziliyaya qayıdıb.

Milli.Az


Tags:  Komanda yoldaşının burnunu qırdı

RƏYLƏR


Top news