Bu il magistral neft kəmərləri ilə 33,5 mln. ton neft nəql edilib

Bu il magistral neft kəmərləri ilə 33,5 mln. ton neft nəql edilib
18:42 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 33 482,1 min ton neft nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 77,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 895,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3,5 mln. ton tranzit nefti də nəql edilib.
Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə tranzit nefti də nəql olunur.
"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bu-il-magistral-neft-kemerleri-ile-33-5-mln-ton-neft-neql-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR