Ağdamda silsilə oğurluqlar edən dəstə üzvləri tutulub

Ağdamda silsilə oğurluqlar edən dəstə üzvləri tutulub
18:47 17 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam. 17 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda mağazalardan silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini Azər Babayev Ağdam rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus mağazanın qapısının naməlumşəxs və ya şəxslər tərəfində sındırldığı və oradan 2 000 manat tütün məmulatlarının, ərzaq və qeyri ərzaq məhsullarının oğurlanması barədə məlumat verib.
Ağdam RPŞ-nın əməkdaşları şikayət əsasında əməliyyat axtarış tədbirlərinə başlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Namiq Nəsirov və Elnur Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğurluqla məşqul olan dəstə üzvləri əvvəllər də rayon ərazisində, müxtəlif vaxtlarda mağazalardan oğurluqlar ediblər. 

Dəstə üzvlərinin daha bir oğurluq faktının üstü istintaqın gedişi zamanı aşkarlanıb. Belə ki, oğurluqla məşqul olan qrup rayonun Xındırıstan kənd sakini Yasin Məhərrəm oğlu Babayevə məxsus mağazadan 100 blok müxtəlif çeşidli siqaret, 1 500 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurlayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 
              





Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agdamda-silsile-ogurluqlar-eden-deste-uzvleri-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR