Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Pirsaat su anbarında suyun səviyyəsi qalxıb

Pirsaat su anbarında suyun səviyyəsi qalxıb

9 ay su altında qalıb yazda peyda olan ada - FOTOLAR (07 Mart 2017 06:33)
Nazirlik: Kür çayında suyun səviyyəsi azalıb (04 Mart 2017 13:47)
Kürün səviyyəsi aşağı düşdü, kiçik ada yarandı - FOTO (02 Mart 2017 20:12)

Tarix: 17 Oktyabr 2016 18:59

Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində eyni adlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.

 

Kəndə gedən yolun üzərindəki körpünü də su basıb.

 

Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, əraziyə əlavə olaraq texnika və canlı qüvvə cəlb edilib.

 

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi də əraziyə cəlb olunub.


Teqlər:  Pirsaat su anbarında suyun səviyyəsi qalxıb



RƏYLƏR


Top xəbərlər