Xəzər rayonunun nümayəndə heyəti Polşada səfərdə olub

Xəzər rayonunun nümayəndə heyəti Polşada səfərdə olub
19:02 17 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Varşava. 17 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-dən - 16-dək Polşaya səfər edib. 
Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, nümayəndə heyəti Nadajın şəhərində yerləşən II Yan Pavel adına Gimnaziyada Polşanın Milli Təhsil Gününə həsr edilən tədbirdə iştirak edib. 
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tədbirdə çıxış edərək, hər iki ölkənin regionları arasındakı dostluq və əməkdaşlıq əlaqələrini önə çəkib, tədbir iştirakçılarını Azərbaycanlı həmkarları adından peşə bayramı münasibətilə təbrik edib. 
Sonra nümayəndə heyəti gimnaziyanın ərazisində yerləşən və II Yan Pavelin Azərbaycana səfəri zamanı ölkəmiz haqqında dediyi sözlərin əks olunduğu abidənin önünə əkili qoyub. 
Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan və Polşanın regionları arasında, xüsusilə Xəzər rayonu ilə Pruşkov povyatı, Mərdəkan qəsəbəsi ilə Nadajın şəhəri arasında əməkdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib. 
Qonaqlar həmçinin Nadajında keçirilən Beynəlxalq Turizm Sərgisinə də qatılıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/xezer-rayonunun-numayende-heyeti-polsada-seferde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR