"Barselona"da yeni imza

19:07 17 Oktyabr 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubu Xavyer Maskerano ilə müqavilə müddətini uzadıb. Fanat.Az xəbər verir ki, argentinalı müdafiəçi 2019-cu ilin iyulunadək Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.


32 yaşlı futbolçu ilə müqavilənin imzalanma mərasimi bu gün keçirilib.


Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaqdı.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotda-yeni-imza-t53409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR