Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir
19:27 17 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İtaliyanın Brindizi şəhərində oktyabrın 17-dən 20-dək Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək Latina şəhərində (İtaliya) maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 17-dən 21-dək Skopye şəhərində (Makedoniya) NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü, oktyabrın 17-dən 23-dək Zemyanske Kostolani şəhərində (Slovakiya) "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Kaunas şəhərində (Litva) qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Vişkov şəhərində (Çexiya) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycan-herbcileri-beynelxalq-tedbirlerde-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR