Avtomobillərini "qayıq rejiminə" qoyan MƏŞHURLARIMIZ

Avtomobillərini "qayıq rejiminə" qoyan MƏŞHURLARIMIZ
19:32 17 Oktyabr 2016
1027 Şou
Ölkə mətbuatı
A- A+

Dünəndən yağan yağış hələ də dayanmaq bilmir. Elə yağır, elə yağır, tut ucundan çıx göyə. Küçələrdə avtomobillər "qayıq rejimində" işləyir.

Milli.Az publika.az-a istinadən məşhurlarımızın "sudan quru çıxa bildiniz?" sualına cavablarını təqdim edir.

Müğənni Vasif Məhərrəmlinin sorağı Qazaxdan gəldi:

"Deyirlər, Bakıda sel-su küçələri basıb, mənim heç nədən xəbərim yoxdur. Qazaxdayam, burada da yağış yağır, amma yağışın ləzzəti əziyyətindən çoxdur. Xəngəl bişirtdirəcəm, soyuq havada qurudlu xəngəlin yeri var".

Əməkdar artist Elza Seyidcahan ağzımızı açmağa imkan vermədi.


"Şaqqaşarak-şaqqaşarak" deyib yağışa həsr etdiyi mahnısını oxudu:
"Qoy nə qədər istəyir yağsın, yağış Allahın möcüzəsidir, səhərdən axşamadək "şaqqaşarak, şaqqaşarak" adlı mahnımı zümzümə etmişəm. Şükür, batmamışam, eşitdim, həmkarlarımın çoxu küçədə yağış gölməçəsinə düşüb. Məni Allah qoruyur, onsuz da mən göylərin qızıyam, yerlə işim yoxdur".

Müğənni Əlikram Bayramov da "suları yara-yara" televiziyaya çəkilişə getdiyini dedi: "Allah-allahla gəlib çatdım, indi görüm necə qayıdacam. Küçələrdə su xirtdəyədəkdir".

Müğənni Vüqar Muradov da yağış yağar-yağmaz özünü doğulduğu Qaxa yetirib. Sürhüllüdən ye ki, yeyə bildikcə:


"Sel də gəlsə, qorxum yoxdur, avtomobilim hündürdür, suda batmaz, odda yanmaz. İndi də küçələrimiz, maşallah, dəniz kimi dalğalanır. Maşınımı qayıq rejiminə qoymuşam, lazım olanda sürürəm, lazım olanda üzürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/480487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR