Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Torpaq kütləsi evlərə doğru hərəkət edir - VİDEO - FOTO

Torpaq kütləsi evlərə doğru hərəkət edir - VİDEO - FOTO

Date: 17 October 2016 19:49

 

 

İsmayıllıda torpaq sürüşməsi baş verib.

 

Lent.az ARB-yə istinadən xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə baş verən sürüşmə nəticəsində torpaq kütləsi həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.

 

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.






Tags:  Torpaq kütləsi evlərə doğru hərəkət edir VİDEO FOTO


RƏYLƏR


Top news