Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daşkəsəndə qara sevinə bilmədilər: qaranlıq və mənfi 4 dərəcə

Daşkəsəndə qara sevinə bilmədilər: qaranlıq və mənfi 4 dərəcə

Date: 17 October 2016 19:57

Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub.

"Report"un verdiyi məlumata görə, Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. Hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda Daşkəsəndə kəskin hava şəraiti davam edir və temperatur -4 dərəcədir.

Milli.Az


Tags:  Daşkəsəndə qara sevinə bilmədilər qaranlıq mənfi dərəcə

RƏYLƏR


Top news