Yüzilliyin döyüşü başladı, qətldə Vaşinqton izi...-GÜNÜN SİYASİ XÜLASƏSİ

Yüzilliyin döyüşü başladı, qətldə Vaşinqton izi...-GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 17 Oktyabr 2016
169 Ölkə
Ölkə mətbuatı
A- A+

İraqda çoxdan gözlənilən əməliyyat bu gün başladı. Bölgədə yüzillik məzhəb döyüşlərinin başlanacağı barədə xəbərdarlıqlar edilir. Donetskdə separatçı liderin qətli vəziyyəti nəzarətdən çıxara bilər. Qətldə Vaşinqtonun “izi”ni tapanlar var. ABŞ isə Suriya böhranındakı mövqeyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Mosul əməliyyatı

Bu gün erkən saatlarından İraqın Mosul şəhərinin İŞİD terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. Bu haqda İraqın Baş naziri Heydər əl-Abadi deyib.

Əməliyyatda ordu gücləri və polis qüvvələri ilə yanaşı, İranın təlim keçdiyi şiə milisləri iştirak etsələr də, baş nazir şəhər mərkəzinə təkcə ordu və polis qüvvələrinin girəcəyini söyləyib.

Son məlumatlara görə, Mosulun ətrafındakı 11 kənd İŞİD-dən təmizlənib. Əməliyyata 80 min İraq hərbi qulluqçusu qatılıb. Müxtəlif məlumatlara görə, 1,5 milyonluq şəhərdə 4 mindən 8 minə qədər İŞİD döyüşçüsü var.

İraq hakimiyyəti və ABŞ müvəffəqiyyətdən şübhələnmir. “Böyük qələbə anı yaxındır” – Heydər əl-Abadi deyib.

Ekspertlər isə əməliyyatın perspektivləri ilə bağlı o qədər də optimist deyillər. Onlarda qorxular var ki, Mosul Suriyanın Hələb şəhərinin taleyini yaşayacaq, döyüşlər faktiki olaraq humanitar faciəyə gətirib çıxaracaq. Qızıl Xaş Komitəsi və BMT yüz minlərlə qaçqın üçün düşərgələr və sığınacaqlar açaraq əlverişsiz hadisələrin inkişafına hazırlaşır.

Dünya savaşına səbəb olacaq B planı – 3 SSENARİ

Əməliyyatda diqqət çəkən məqam Türkiyənin iştirak etməməsidir. Hansı ki, Amerika əvvəldən buna qarşı idi. Oktyabrın 20-dən sonra keçirilməsi nəzərdə tutulan əməliyyatın bu gün qəfil başlamasının arxasındakı məqsəd də Türkiyənin iştirakının qarşısını almaqdır.

Türkiyə hazırki vəziyyətlə razılaşmaq fikrində deyil. Məlumatlara görə, Ankaranın üç planı var.

Dünya savaşına səbəb olacaq B planı – 3 SSENARİ

Bu gün səhər saatlarından uzun zamandır gözlənilən Mosul əməliyyatı başlayıb.

Məğlubiyyətin labüd olduğunu görən İŞİD lideri Əbubəkr Bağdadi isə Mosul əməliyyatlarından az öncə şəhəri tərk edib. Bu barədə etibarlı mənbədən Sputnik-ə məlumat verilib. Təşkilat liderinin Suriyaya keçdiyi təxmin edilir.

Daha bir məlumata görə, Mosuldakı "İslam polisi" Əbu Bəkr əl-Bağdadiyə qarşı "üsyan" edib. "İŞİD liderinə qarşı çevriliş"in başında Mosul sakini Əbu Osmanın durduğu bildirilir. Mosul hazırda xaotik vəziyyətdədir və terrorçular arasında döyüş hallarına rast gəlinir. "Üsyançılar" Mosulda əl-Bağdadi hakimiyyətinin başa çatdığını bəyan ediblər.

“İmam Hüseynin intiqamı alınacaq” – 100 illik döyüş başlanır

Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul şəhərində məzhəb döyüşləri baş verə bilər. İraqın dini liderlərdən olan Kays Gəzali Mosul döyüşündə İmam Hüseynin intiqamını alacaqlarını deyib. Türkiyə isə xəbərdarlıq edib ki, şiə gücləri Mosula girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri başlaya bilər.

“İmam Hüseynin intiqamı alınacaq” – 100 illik döyüş başlanır

Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul şəhərində məzhəb döyüşləri baş verə bilər.

“Səddam 14-15 il əvvəl...” – Ərdoğan ABŞ-ın planını ifşa etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkəsini Mosul əməliyyatında görmək istəməyənləri mesajını növbəti dəfə çatdırıb. O, Türkiyənin olmadığı bir əməliyyatda yarana biləcək nəticələrə görə məsuliyyət daşımadıqlarını, əməliyyatda da, danışıqlar masasında da olacaqlarını deyib.

“Hazırda Mosulda əməliyyatlar davam edir. “Türkiyə Mosula girməsin” deyirlər. Necə girməyim? İraqla 350 kilometrlik sərhədim var və mən bu sərhəddən təhdid altındayam. Ümumiyyətlə, əlaqəsi olmayanlar Mosula girir. Deyirlər ki, onlara Bağdad “gəl” deyib. “Gəl” demədikləri zaman İraqa gələnlərə niyə “xeyr” demədiniz? 14 il əvvəl, 15 il əvvəl Səddam bunlara “gəl” dedimi? Amma girdilər. Milyondan çox insan öldü”, - prezident Beynəlxalq İstanbul Hüquq Konqresində çıxışında bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə Baş qərargah rəisi Hulusi Akarın hazırda ABŞ-da olduğunu və bu məsələnin müzakirə edildiyini bildirib. O, Türkiyənin Mosul əməliyyatından kənarda qalmağının mümkün olmadığını deyib: “Çünki burada bizim üçün bir tarix yatır. Bizi Mosul əməliyyatından kənarda saxlamaq orada İŞİD bəhanəsi ilə məzhəb qarşıdurması yaratmaq üçündür. Biz sünni-şiə qarşıdurmasına razı ola bilmərik”.

Türkiyə prezidenti türk əsgərinin də Başikadan çıxmayacağını deyib.

Türk əsgərlərinin Başikadan çıxmasını tələb edən Bağdadla Ankara arasında yaranan böhran sona çatmaq üzrədir. Bu gün xarici işlər nazirinin müşaviri Ümid Yalçının başçılıq etdiyi bir qrup türk rəsmisi Bağdada gedib.

Məlumata görə, İraq hökumət nümayəndələri ilə görüşdə İŞİD-ə qarşı aparılan əməliyyatda Türkiyənin də yer alması müzakirə ediləcək.

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyatın başlaması ilə böyük bir təhlükə ortaya çıxıb. Bölgədə ən böyük problem davamlı olaraq erroziyaya uğrayan Mosul su anbarıdır.

İraqın ən böyük su anbarı olan Mosul anbarının çökmə ehtimalı, xüsusilə ABŞ tərəfindən tez-tez dilə gətirilib. Mosul əməliyyatının başlaması ilə anbara nəzarət əhəmiyyətli dərəcədə artıb.

12 milyard kubmetr su tutumu olan anbar dağılacağı halda, Mosul 4 saat ərzində 21 metr dərinlikdə su altında qala bilər. Şəhərdə təxminən yarım milyon insanın öləcəyi təxmin edilir. Bundan başqa, bu hadisə paytaxt Bağdadın böyük bir hissəsinin də su altında qalmasına səbəb ola bilər.

Anbar 2014-cü ildə İŞİD-in nəzarətinə keçib və bu dövrdə onun dağılma təhlükəsi artıb. Məlumata görə, türk hərbçilərinin Başika bazasında təlim keçdiyi “Ninova könüllüləri” anbarı tutmaq üçün göndərilib.

ABŞ-Rusiya gərginliyi davam edir

ABŞ-ın dövlət katibi Con Kerri isə Suriya məsələsində müzakirələrdən əyani addımlara keçməyin lazım olduğunu deyib. Lakin o, bölgədə məzhəb qarşıdurmasının baş verə biləcəyi təhlükəsinin olduğunu da qeyd edib.

Dövlət katibi həmçinin bildirib ki, yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.

"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri bildirib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Politoloq: “Bu qətl Klintonun reytinqi üçün hədiyyədir”

Ötən gecə Donetsk separatçılarının liderlərindən biri olan “Motorola” ləqəbli Arseniy Pavlova qarşı sui-qəsd həyata keçirilib. Donetskdə yaşayış evinin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Bu gün onun mümkün qatillərinin videomüraciəti yayılıb. Videomüraciətdə dörd maskalı adam Arseniy Pavlova edilən sui-qəsd üçün məsuliyyəti öz üzərinə götürüb. Onlar “YouTube”da yayılmış müraciətində Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri - Aleksandr Zaxarçenko və İqor Plotnitski müvafiq olaraq növbəti qurbanlar olacaqları barədə xəbərdarlıq ediblər.

Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Zaxarçenko polkovnikin qətlini müharibə elanı adlandırdı. “Mən belə başa düşürəm ki, Pyotr Poroşenko (Ukrayna prezidenti – reds.) barışığı pozdu və bizə müharibə elan etdi. İndi gözləyin”, - o, deyib.

Separatçı rejimin “Xalq Şurası”nın sədri Deniz Puşilin sui-qəsdə təşkilinə görə Ukrayna diversiya-kəşfiyyat qrupundan şübhələnib.

Politoloq Aleksandr Şatilovun sözlərinə görə, Arseniy Pavlovun qətli noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlı ola bilər.

Politoloq: “Bu qətl Klintonun reytinqi üçün hədiyyədir”

Donetsk separatçılarının liderlərindən biri olan “Motorola” ləqəbli Arseniy Pavlovun qətli noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlı ola bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR