"Barselona"da yeni müqavilə

"Barselona"da yeni müqavilə
20:05 17 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" daha bir aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildə "Liverpul"dan transfer olunub. O, bu müddət ərzində Kataloniya klubu ilə 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 dəfə Superkubok, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.

Braziliyalı hücumçu Neymar isə Kataloniya klubu ilə oktyabrın 21-də müqavilə imzalayacaq. Onun yeni müqaviləsi 2021-ci ilə qədər olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR