"Mosulda İŞİD-ə öldürücü zərbə vurduq"

"Mosulda İŞİD-ə öldürücü zərbə vurduq"
20:12 17 Oktyabr 2016
133 Dünya
Ölkə mətbuatı
A- A+

İraq kürdlərinin lideri Məsud Bərzani Mosulda davam edən əməliyyatlarla bağlı cəbhə xəttində açıqlamalar verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani Mosulun Hələbə bənzəməsinə imkan verməyəcəklərini bildirib. O eyni zamanda, aparılan əməliyyatlar nəticəsində 200 kilometrlik ərazinin İŞİD-dən təmizləndiyini deyib.

Kürd lider Başika mövzusunda Ankara ilə Bağdad arasında razılıq əldə olunmasının vacibliyini vurğulayıb.

Mosulun azad edilməsinin insanlıq üçün tarixi an olduğunu söyləyən Bərzani beynəlxalq ictimaiyyəti vəzifəsinin icrasına çağırıb: "Pəşmərgə (kürd silahlı qruplaşmaları - red.) gücləri dünyanı ən barbar terror təşkilatından azad etdi. Mosulda İŞİD-ə öldürücü zərbə vurduq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR