4 avtomobil və 2 təyyarə qəzasından sağ çıxdı, özünü öldürdü - FOTO

4 avtomobil və 2 təyyarə qəzasından sağ çıxdı, özünü öldürdü - FOTO
20:17 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ədəbiyyat aləminin ən rəngli xarakterlərindən biri də Ernest Heminqueydir.

Milli.Az publika.az-a istinadən Heminqueyin həyatı ilə bağlı 5 maraqlı faktı təqdim edir:

Uşaqlıq illərində Ernest Hemenqueyə Ernestine deyilir və qız paltarları geyindirilirdi. Bu da əlbəttə, anasının işi idi. Qız uşağı istəyən anası Ernestin saçını da altı yaşına qədər uzun saxlamışdı.

Həyatının son 20 ilində FTB (ABŞ kəşfiyyatı) Heminqueyi izləyirdi. J.Edqar Hoover yazıçını yaxından təqib edirdi. İkinci Dünya Müharibəsində Heminqueyin Sovet İttifaqına agent olaraq çalışdığı ortaya çıxdı. Yazıçının kod adı "Agent Argo" idi.

Heminquey kitabına pis bir tənqid yazan tənqidçiyə hücum etmişdi.

Heminquey təqib edildiyi günlərdə meydana gələn dörd avtomobil və iki təyyarə qəzasında xilas olub.
Yazar eyni zamanda dəri xərçəngi, qızdırma, sətəlcəm, diabet və hepatit kimi müxtəlif xəstəliklərlə də üzləşib, ancaq ölümü bildiyimiz kimi 61 yaşında olarkən intihar ilə reallaşıb.

Ən sevdiyi silah ilə özünə qəsd edən yazarın ailəsində də intihar hadisələrinə tez-tez rast gəlinir.
"Papa" olaraq tanınan Hemenquey Amerika ədəbiyyat dairələrində kişiliyin əksi kimi görülürdü.

Boks əfsanəsi Cek Dempsey Heminqueylə döyüşməyəcəyini, çünki yazarın böyük ehtimalla dəli bir adam kimi döyüşəcəyini bildirirdi. Buna baxmayaraq, Heminquey döyüşü başqa insanlarla sınamışdı.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR