İraqda hərbi konvoya hücum: 70 ölü

İraqda hərbi konvoya hücum: 70 ölü
20:19 17 Oktyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.

 

Məlumata görə, terrorçu-kamikadze  zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

 

Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR