Pirsaat su anbarında təhlükə

Pirsaat su anbarında təhlükə
20:52 17 Oktyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

APA-nın məlumatına görə, aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində  eyni adlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.
 
Kəndə gedən yolun üzərindəki körpünü də su basıb.
 
Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, əraziyə əlavə olaraq texnika və canlı qüvvə cəlb edilib.
 
Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi də əraziyə cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR