Baş məşqçi öldü, "Qalatasaray"ın oyunu yarımçıq qaldı - FOTOLAR

Baş məşqçi öldü, "Qalatasaray"ın oyunu yarımçıq qaldı -   FOTOLAR
20:57 17 Oktyabr 2016
155 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" və "Canik Bələdiyyəspor"un qadın basketbol komandası arasındakı yoxlama matçı yarımçıq dayandırılıb. Fanat.Az xəbər verir ki, buna komandalardan birinin baş məşqçisinin vəfatı səbəb olub.


"Abdi İpekçi Spor Salonu"nda keçrilən qarşılaşmanın gedişində oktyabrın 9-dan Adana Dövlət Xəstəxanasının reanimasiya şöbəsində yatan "Canik Bələdiyyəspor"un baş məşqçisi Mehmet Can Öztürkün vəfat etməsi ilə bağlı xəbər gəlib. 


"Qalatasaray"dan verilən məlumata görə, bu xəbərdən sonra "Canik Bələdiyyəspor"un oyunçuları göz yaşlarına boğulub və matçı davam etdirə bilməyib. Bu səbəbdən qarşılaşma yarıda dayandırılıb.


Qeyd edək ki, Mehmet Can Öztürk oktyabrın 9-da "Anadolujet BOTAŞ Cup"da "MBK Doğuş"la keçrilən matçın gedişində özünü pis hiss etsə də, komandasını yalnız buraxmamışdı. Amma matçın sonlarında vəziyyti pisləşdiyi üçün xəstəxanaya qaldırılmışdı. Həkimlər 43 yaşlı mütəxəssisin aorta damarında böyük yırtıq aşkarlamış və onu əməliyyat etmişdi. Bütün cəhdlərə baxmayaraq, baş məşqçi 7 gün sonra vəfat edib.


Fanat.Az











Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ba-mqci-oldu-quotqalatasarayquotn-oyunu-yarmcq-qald-t53411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR