Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi
21:09 17 Oktyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna bir sıra Rusiya şirkəti və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

 

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayaraq  Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) qərarını təsdiqləyib.

 

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin təkliflərini qəbul edərək Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı tətbiq edilən sanksiya  siyahısını genişləndirməyi qərara alıb”, məlumatda deyilir.

 

Məlumata görə, rəsmi Kiyev həmçinin Krımdan Rusiya Dövlət Dumasına seçilən deputatlara qarışı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

 

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti avqustun 31-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Sanksiyaların 259 fiziki şəxsə, 46 hüquqi şəxsə qarşı tətbiq olunacağı nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR