Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çingiz Abdullayev: ""Neftçi" uğursuz çıxış etsə də..."

Çingiz Abdullayev: ""Neftçi" uğursuz çıxış etsə də..."

Date: 17 October 2016 21:12

Oktyabrın 17-də "Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandanın Ukraynadakı fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə görüşüb. Milli.Az AZƏRTAC-a istinadən verir ki, ölkənin aparıcı futbol klublarından olan "Neftçi"nin beynəlxalq arenada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirən Ç.Abdullayev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.

Bildirib ki, hazırda "Neftçi" ölkə çempionatında uğursuz çıxış etsə də, komandanın qarşısına yeni hədəflər qoyulub, heyətə yeni futbolçular cəlb edilib. Əsas hədəfimiz cari mövsümü ilk dörd pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün futbolçular və məşqçilər heyəti üçün lazımı şərait yaradılıb.

Kadr dəyişikliklərinə toxunan Çingiz Abdullayev deyib: "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda uğurlu çıxışlarını davam etdirir. Ötən mövsüm bir neçə komandamız yarışı qalib kimi başa vurub. Klub respublikamızda futbolun inkişafı, idmanın kütləviləşməsi və yeni istedadların üzə çıxarılması üçün səylərini əsirgəmir".
Gələcəkdə görüləcək işlər barədə məlumat verən Ç.Abdullayev deyib ki, "Neftçi"nin Ukraynadakı fan-klubu ölkəmizin təbliğində fəal iştirak edir. Bu, ölkə futbolunun inkişafına da öz töhfəsini verəcək. Ukraynanın futbol komandaları ilə "Neftçi"nin əməkdaşlıq perspektivləri də gündəmdədir.
E.Məmmədov qeyd edib ki, fan-klubun əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar ölkəmizin tanıdılması və Azərbaycan futbolunun inkişafına yönəlib. Qarşıda duran əsas məqsəd gələcəkdə klubun Ukraynada akademiyasının yaradılması və perspektivli gənclərin həmin akademiyada futbolun sirlərini öyrənməsinə imkan yaratmaqdır.
Bakı klubunun ukraynalı futbolsevərlər arasında məşhur olduğunu diqqətə çatdıran E.Məmmədov artıq "Neftçi"nin həmin ölkədə böyük azarkeş ordusunun olduğunu, onların komandamızın oyunlarını həmişə izlədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, "Neftçi"nin Ukraynada və qonşu ölkələrdə tanıdılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir.
Söhbət zamanı nəzərdə tutulan işlərlə bağlı müzakirələr aparan tərəflər əməkdaşlığın "Neftçi"nin inkişafına xidmət etdiyini diqqətə çatdırıblar.

Milli.Az


Tags:  Çingiz Abdullayev Neftçi uğursuz çıxış etsə


RƏYLƏR


Top news