Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş Qərargah: Rusiya BMT ilə "Cəbhət ən-Nüsra"-nın Hələbdən çıxarılması üzərində işləyir

Baş Qərargah: Rusiya BMT ilə "Cəbhət ən-Nüsra"-nın Hələbdən çıxarılması üzərində işləyir

Suriyada 25 dinc sakin qətlə yetirildi (23 Mart 2017 07:43)
Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Antalyada görüş keçirirlər (07 Mart 2017 12:22)
İŞİD "Cəbhət Fəth əş-Şam"ın qərargahında partlayış törədib: 7 ölü (06 Mart 2017 07:52)

Tarix: 17 Oktyabr 2016 22:12

Rusiya terrorçuları əhalinin Şərqi Hələbi tərk etməsinə imkan verməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə bildirib.

O, Hələbi tərk edən bütün dinc əhalinin təhlükəsizliyinin tam təmin olunacağını söyləyib. Baş Qərargah nümayəndəsi Rusiyanın BMT və "Cəbhət ən-Nüsra"ya təsir imkanına malik ölkələrlə qruplaşmanın Hələbdən çıxarılması məsələsi üzərində işlədiyini də qeyd edib: "BMT baş katibinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsinin təşəbbüsünə uyğun olaraq "Cəbhət ən-Nüsra"nın Hələbdən çıxarılması məsələsi üzərinə işləyirik. Bütün məsələlərin razılaşdırılması müəyyən vaxt tələb edir. Ona görə də qərara almışıq ki, hər şeydən əvvəl dinc sakinlərin azad keçidi, xəstə, yaralıların təxliyəsi və terrorçuların çıxarılması üçün humanitar fasilənin həyata keçirilməsinə başlayaq".

Milli.Az


Teqlər:  Baş Qərargah Rusiya BMT Cəbhət ən-Nüsra-nın Hələbdən çıxarılması üzərində işləyir



RƏYLƏR


Top xəbərlər