Qubada avtomobil 59 yaşlı kişini vurub

Qubada avtomobil 59 yaşlı kişini vurub
22:13 17 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Ford Tranzit" markalı maşın yolu keçmək istəyən Quba şəhər sakini 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu vurub.

O, dərhal Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Yusifovun vəziyyəti ağırdır və xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR