Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağmurlu hava məktəblərdə tədris prosesinə mənfi təsir edib - VİDEO

Yağmurlu hava məktəblərdə tədris prosesinə mənfi təsir edib - VİDEO

Date: 17 October 2016 22:22

Dammaqdan keçib, artıq tavandan su axır...

Məktəbin koridorlarında və siniflərdə yerə vedrələr düzülüb ki, tavanından axan su yerə tökülməsin. Şagirdlər isə dərslərini davam etdirə bilmirlər.

Görüntülər paytaxtın Suraxanı rayonu 141 saylı orta məktəbdəndir. Valideynlər övladlarının bu şəraitdə təhsil almasından narahatdır.

Suraxanı rayonu 141 saylı orta məktəbin müdirəsi Fərəh Hüseynovaya müraciət etmək istəsək də onu tapa bilmədik. Baxmayaraq ki, iş vaxtı idi. Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilir ki, məktəbə baxış keçirilib və problem tezliklə aradan qaldırılacaq.

Havaların soyuması məktəblərdə tədris prosesinə mənfi təsir edir. Siniflərdə şakirlər dərsdə gödəkçə ilə oturmağa məcbur olurlar.

"Azərisitiliktəchizat"dan isə bildirilir ki, Təhsil Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən məktəblərə istiliyin 5 ay müddətinə verilməsi nəzərdə tutulub. Bu müddət noyabrın 15-dən başlayır. Yalnız havanın temperaturu bir neçə gün mənfi 6 dərəcədən artıq olarsa bu zaman istilik vaxtından əvvəl verilə bilər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az


Tags:  Yağmurlu hava məktəblərdə tədris prosesinə mənfi təsir edib VİDEO

RƏYLƏR


Top news