Alma şirəsinin MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Alma şirəsinin MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
22:52 17 Oktyabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, dadlı və ətirli alma şirəsi həmçinin çox faydalı, müalicəvi məhsuldur.

Alma şirəsinin faydalı xüsusiyyətləri arasında:
- orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir
- orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir
- qanda "pis" xolesterinin səviyyəsini aşağı salır
- damarları təmizləyir, möhkəmləndirir,  daha elastik edir
- ürəyi möhkəmləndirir
- həzm prosesləri yaxşılaşdırır və sürətləndirir
- arıqlamağa kömək edir
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
- qanazlığı zamanı faydalıdır
- sidik və ödqovucu təsirə malikdir
- sinir sisteminə müsbət təsir edir, stressi azaldır
- soyuqdəymənin profilaktik vasitəsidir.
Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/480267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR