Tanınmış aktrisa 100 min yoxsula yardım edir

Tanınmış aktrisa 100 min yoxsula yardım edir
23:17 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Qladiator" və "Şeytanın vəkili" filmlərinin aktrisası Conni Nielsen Keniyada gördüyü yoxulluqdan danışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa insanların səfalət içində yaşamasından çox təsirləndiyini və buna görə bir təlim mərkəzi açdığını deyib.

Nielsen həmin mərkəzdə 100 minə yaxın yoxsul insana xidmət göstərildiyini bildirib:

"Həmin mərkəzdə hər şey - təmiz su, yemək, təhsil verə biləcəyimiz sinif otaqları - var. Mərkəz sadəcə uşaq üçün deyil, böyüklər üçün də nəzərdə tutulub. Mən özümü uşaqlara və onların gələcəyinə fəda etmişəm. Ümid edirəm oynadığım pis obrazlar onlara təsir etməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR