Payızın trend saç modeli - FOTO

Payızın trend saç modeli - FOTO
23:37 17 Oktyabr 2016
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Nyu-York, Milan, Paris və London dəb həftələrində məlum oldu ki, avropalı və amerikalı modapərəstlər meqapolisin sürətinə ayaq uydurmağın yeganə həllini asan yığılan toppuz saç modelində görür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toppuz saç modeli payızın trendi olmağa iddialıdır. Lakin klassik balerina toppuzundan fərqli olaraq, boyun hissədə yığılan saç modelləri daha aktualdır. Bu cür minimalist və sadə saç düzümü xanımlara vaxtına qənaət etməyə imkan verir. Beləliklə zərif cinsin nümayəndələri bu mövsüm evdən çıxmazdan əvvəl saçları ilə çox oynamalı, saatlarla güzgünün qarşısında dayanıb saçlarını fenləməli olmayacaq.

Stilistlər bildirib ki, boyun hissədə toplanmış toppuz təbii görünməli və saç lakından çox istifadə edilməlidir, həmçinin o sanki yuxudan yeni durmuşsunuz kimi bir qədər dağınıq olmalıdır.

Toppuzun hansı istiqamətdə, hörüklü formada və necə yığılmasının önəmi yoxdur. Burada vacib məqam toppuzun boyun hissədə toplanmasıdır. Yeri gəlmişkən, bu saç modeli gəlinlər arasında da dəbə minəcək.

Milli.Az






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR